Azərbaycan Balıqçılar İttifaqı Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional İdarəsi ilə birlikdə reyd keçirib.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata əsasən reydlə Kür çayının Şəmkir rayonundan keçən hissəsində aparılıb.
Reydlər nəticəsində kobud qanun pozuntuları aşkar edilib. Belə ki, brokonyerlər tərəfindən tətbiqi qadağan edilən sintetik torlar aşkar edilib. Bundan əlavə motorlu rezin qayıqlar da aşkar olunub. Aşkar olunan təxminən min metrdən artıq sintetik tor müsadirə edilib.