27 Oktyabr 2014 13:33
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu günlərdə Moskvada keçirilən MDB ölkələrinin Kosmik sahədə əməkdaşlıq üzrə hökumət icra orqanlarının nümayəndələrinin ikigünlük iclasında təmsil olunub.

Teleqraf.com “Roskosmos”un rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasın yekununda ölkələr protokol imzalayıblar.


Protokol çoxtərəfli əməkdaşlığın hüquqi-normativ bazasının yaradılması, GLONASS sisteminin siqnallarını istifadə edən yerüstü infrastrukturların tətbiqi, MDB ölkələrinin Kosmos və böyük qəzalar üzrə beynəlxalq xartiyalara birləşməsi və regionlararası peyk rabitəsi sisteminin yaradılması məsələləri ilə bağlı qərarları əhatə edib.


Bundan başqa, protokolda “Birləşmiş kosmik tədqiqatlar institutu” beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatının yaradılması haqda sazişin layihəsinin hazırlanması, MDB ölkələrinin kənd təsərrüfatı torpaqlarının birləşmiş peyk monitorinqi sisteminin yaradılması və s. məsələlər nəzərdə tutulub.

Tədbirin sonunda növbəti iclasın 2015-ci ildə Minsk şəhərində keçiriləcəyi bildirilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər