Martın 9-da Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ səfiri Li Litzenberqer, Qazaxıstanın “Spetsosnaşeniya” şirkətinin rəhbəri Alia Nurakişeva, “Azhidromet” rəhbərliyi və digər rəsmi şəxslərlə birgə Şamaxı rayonunda meteoroloji radarların quraşdırılması layihəsinin açılış mərasimində iştirak edib.
Bu barədə Teleqraf.com-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Sözügedən radarlar Azərbaycanda və ümumiyyətlə, regionda ilk dəfə olaraq Amerikanın “Baron Services” şirkətini Qafqazda və Orta Asiyada eksklüziv olaraq təmsil edən Qazaxıstanın “Spetsosnaşeniya” şirkətinin texniki dəstəyi ilə quraşdırılıb. Bu layihə Azərbaycanın, Qazaxıstanın və ABŞ-ın uğurlu üçtərəfli əməkdaşlığın nəticəsi olub.
Böyük mənzilli və qabaqcıl texnologiyalarla təchiz olunan radarlar hökumətə və yerli hakimiyyət orqanlarına hava şəraitinin dəyişməsi və təhlükəli təbii hadisələrin baş verməsi ilə bağlı vaxtında qərar qəbul edilməsi və erkən xəbərdarlıq etməsi imkanını yaradır. Radarlar dövlətin, cəmiyyətin və vətəndaşın fəaliyyətinin bir çox sahələrdə təhlükəsizliyini təmin edir. Bu, xüsusilə hava şəraitindən asılı olan kənd təsərrüfatı üçün önəmlidir, beləliklə, ölkənin qida təhlükəsizliyi təmin olunur. “Spetsosnaşeniya” şirkəti Qazaxıstanda “Baron” radarlarının istehsalının lokallaşdırılmasını, servis, tədris, tədqiqat, məlumatların emalı və hava şəraitlərinin modelləşdirilməsi mərkəzinin yaradılmasını planlaşdırır. Bu isə öz növbəsində sahənin uğurla inkişaf etdirilməsinə, qabaqcıl texnologiyaların tətbiq edilməsinə, hava məlumatların rəqəmsallaşdırılmasına və ölkənin ekologiyasını yaxşılaşdırılmasına yol açacaq.