"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “All Digital Month” (Rəqəmsal Ay) layihəsi çərçivəsində III onlayn vebinar baş tutub.
Teleqraf.com xəbər verir ki, vebinarın mövzusu “Media savadlılığı” olub.
“İrəli” İctimai Birliyinin mətbuat katibi və idarə heyətinin üzvü Əfsanə Şükürova vebinarda media savadlılığı mövzusunda məruzə edib, layihə iştirakçıları ilə öz təcrübəsini bölüşüb. “Media savadlılığı”, “fake news-la mübarizə”, “medianın əhəmiyyəti”, “sosial mediada yazılanlara necə etibar etmək olar”, “media etikası”, “mətbuat dili” haqqında məlumat əldə edən gənclər onları maraqlandıran suallara cavab tapıblar.
Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda mövcud vəziyyətdə gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsidir.
Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edir. Ötən mövsüm uğurla həyata keçirilən layihədə 30-dan çox gənc iştirak edib müxtəlif bilik və bacarıqlara yiyələniblər.
Bütün bu fəaliyyətlərdən daha geniş məlumatlı olmaq üçün “İrəli” İctimai Birliyinin sosial media hesablarını izləmək kifayətdir: https://www.facebook.com/IRELI1/