6 Aprel 2021 12:07
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəxanada mərhum xalq artisti Rafiq (Rəmiş) Hüseynovu ziyarət etmiş əməkdar artist Təyyar Bayramov gitara ifaçısı haqqında danışıb.

Təyyar Bayramov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Rəmiş bizim sənətkarımızdır. Reanimasiyadan palataya köçürüləndə Mənsum İbrahimovla xəstəxanada onu ziyarət etdik. Çox zəif danışırdı. İki gündən bir Güllü xanımla danışırdım. Rəmiş bircə onu deyirdi ki, təki can sağlığı olsun, Allah hamının canını sağ eləsin.

Xəstəxanaya gedəndə səhhəti çox pis idi. Amma biz ziyarətə gedəndə rəngi özündə idi. Güllü xanım mənə bildirdi ki, Rəmiş deyir, məni gəzdir, onu dəhlizdə arabada gəzdirirəm.

Rəmişin vəfatından üç-dörd gün əvvəl Güllü dedi ki, vəziyyəti yaxşı deyil. Rəmişin virusa yoluxduğunu həkimlər deyirlər. Mən o dərəcədə bilmirəm. Bizə məlumat verildi ki, o, virusa yoluxub".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər