27 Aprel 2021 15:23
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyada aparılan tədqiqatlar nəticəsində məlum olub ki, açıq havada virusa yoluxma riski yoxdur.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqatlarda iştirak edən 1000 nəfərdən 1 nəfər virusa yoluxub.

Ötən günlərdə ABŞ Xəstəliklərin Konrolu və Profilaktikası Mərkəzinin direktoru Roşel Valenski də açıq havada maska taxılması məcburiyyətinə yenidən baxılacağını qeyd etmişdi.

Qapalı məkanlar COVID-19-un yayılmasını sürətləndirir. Məkanın havalandırılması isə təhlükənin qarşısını alır. Eyni zamanda, evdə uzun müddət vaxt keçirmək fiziki aktivliyin qarşısını alaraq, immunitet sistemini zəiflədir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər