6 May 2021 12:45
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa şəhərinə çəkilən Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şanlı qələbəsindən 6 gün sonra yolun tikintisinə başlanıldı: "Hazırda ərazidə fasiləsiz olaraq tikinti işləri davam etdirilir. 101 kilometr uzunluğa malik yol iki gediş-iki gəliş, altı zolaqdan ibarət olacaq. Yol bu ilin sentyabr ayınadək asfaltlanaraq tam istifadəyə veriləcək.

Yolda 4 körpü, 10 yeraltı keçid və o cümlədən su ötürücüləri olacaq".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər