Dünyanın ilk genişmiqyaslı üçüncü doz COVID-19 vaksin sınaqları başlayıb.
Teleqraf.com xəbər verir ki, bu dəfə 7 fərqli vaksinin tərkibi sınaqdan keçiriləcək.
Azərbaycan da daxil olmaqla, bu günə qədər 176 ölkədə 1,54 milyard doz vaksin vurulub. Lakin virusun mutasiya keçirməsi və vaksinin 6 ay effektli olması səbəbilə mütəxəssislər immuniteti gücləndirəcək üçüncü doz vaksin üzərində iş aparırlar.
Ən genişmiqyaslı sınaqlar İngiltərədə başladılıb. Mütəxəssislər Oxford/AstraZeneca, Pfizer/BioNTech, Moderna, Novavax, Valneva, Janssen ve Curevac şirkətləri tərəfindən hazırlanan COVID-19 vaksini vurulan şəxslər üzərində üçüncü doz vaksin sınaqları aparacaqlar.
2 886 könüllünün iştirak edəcəyi üçüncü doz vaksin sınaqları iyun ayından etibarən başlayacaq. Üçüncü doz ikinci doz vaksin vurulduqdan 10-12 həftə sonra tətbiq ediləcək. Daha əvvəl peyvəndli şəxslərə fərqli markalardan üçüncü doz vaksin vurulacaq.
Vaksinin üçüncü doz əks təsirinin öyrənilməsi üçün isə 28, 84, 308 və 365-ci günlərdə könüllülərdən qan analizi götürüləcək. Sınaqların ilkin nəticələri sentyabr ayında açıqlanacaq.