24 May 2021 17:38
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

20-21 may 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda qərargah təlimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, nazirliyin “112” qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin Əməliyyat növbətçi hissəsinə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində dənizdə sahildən 4-5km məsafədə iki motorlu qayıqda köməksiz vəziyyətdə 6 nəfər balıqçının qalması barədə məlumat daxil olub. Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində həyati təhlükə ilə üzləşmiş vətəndaşlar xilas ediliblər.

Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

Yekunda təlimin nəticələri müzakirə edilib. Ümumilikdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər