9 İyun 2021 17:11
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ağstafa rayonunun Muğanlı kəndi ərazisində Qarayazı Dövlət Təbiət Qoruğunda, Qazax rayonunun Daş Salahlı kəndində Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun Damcılı filialında və Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan meşəbəyliyinin 15 saylı meşə dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirlərdə adıçəkilən müəssisələrin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər