28 İyun 2021 13:22
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasının Bakıda daimi nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddialara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, daimi nümayəndəliyin yaydığı məlumatda bu iddiaların əsassız olduğu qeyd edilib.

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək", -məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər