5 İyul 2021 00:39
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınıb”.

Teleqraf.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub:

“Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər