31 İyul 2021 14:29
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, qardaş ölkəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrupun üzvləri fədakarlıq göstərirlər.

Teleqraf.com xəbər verir ki, hazırda Azərbaycan yanğınsöndürənləri Muğla vilayətinin Marmaris bölgəsində yanğınların qarşısını almağa çalışırlar.

Bu bölgə hazırda yanğının ən qaynar məntəqələrindən sayılır. Türkiyə vaxtı ilə saat 11 radələrində bu məntəqədəki yanğın Marmaris-Datca magistralına qədər genişlənib. Magistralda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, 100 yanğınsöndürəndən ibarət birinci qrup iyulun 30-da qardaş ölkəyə göndərilib. Qrupun üzvlərinin hamısı peşəkar və təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunublar.

Hazırda hadisə yerində helikopterlər yanğının məhdudlaşdırılması üçün yanğın nöqtələrinə havadan intensiv şəkildə su buraxırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər