Son günlər COVID-19 virusuna yoluxma hallarında kəskin artım qeydə alınır və infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün genişmiqyaslı dezinfeksiya işləri aparılır.
Teleqraf.com xəbər verir ki, avqustun 11-də Xəzər rayonunun Şüvəlan qəsəbəsində aparılan son dezinfeksiya işləri qəsəbənin Almas İldırım küçəsində yerləşən bina və parkları, əsas yolları əhatə edib. Həmin ərazilər xüsusi dezinfeksiyaedici məhlulla yuyulub.
Dezinfeksiya işlərinə Bakı Şəhər İcra Hakimiyyəti əməkdaşları, habelə Xəzər rayonu Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda texnika və xüsusi təlim keçmiş canlı qüvvəsi cəlb olunub.