18 Avqust 2021 16:40
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib. 30 954 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, bu günə qədər isə ümumilikdə 4 252 882 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər