ABŞ vaksinasiya prosesində üçüncü dozanın vurulması qərarını qəbul edib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 20-dən etibarən virusa qarşı üçüncü doza vaksinasiya başlayacaq.
ABŞ Səhiyyə Nazirliyi peyvəndlərin delta ştammından yüksək səviyyədə qorumanı təmin etdiyini açıqlayıb.
Qeyd edək ki, pandemiya dövründə ABŞ-da 38 milyon nəfər virusa yoluxub, 641 mindən çoxu dünyasını dəyişib.