“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı öz “Twitter” hesabında yazıb.
“Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq”, - deyə o qeyd edib.