8 Noyabr 2014 11:37
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaqub Mahmudov: “İslamdakı təriqətlərin çoxunu Qərb yaradır”

“Dünyanın bugünkü qədər mürəkkəb problemlərlə dolu olduğu dövr olmayıb. Indi dünya əvvəldən ölçülüb-biçilmiş şəkildə idarə olunur. Dünya etnik, milli toqquşmalar dövrünü yaşayır. Bunlar hamısı böyük güc mərkəzlərinin planlaşdırılmış işləridir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda keçirilən treyninqdə deyib.

Y.Mahmudov onu da bildirib ki, bu gün üçüncü dünya müharibəsi gedir. Bu müharibədə əsasən, Asiya qitəsi ölkələri uduzur.

“Bizi gözləyən çətinlikləri islam aləminə çatdırmalı və mənsub olduğumuz dinlə bağlı fikir mübadiləsi aparmalıyıq. Bu baxımdan bu gün dini, milli-mənəvi dəyərlərimiz mövzusunda tədbirlərin keçirilməsi vacibdir. Çünki sabah gec ola bilər. Hazırkı dünyada müsbət çağırışlar var. Sərhədlər açılır, dövlətlər bir- biri ilə əlaqəyə girir. Bu gün “şirin yollarla” üçüncü dünya müharibəsi gedir. Güc mərkəzləri başqa dövlətlərin sərvətlərini asanlıqla mənimsəyə bilirlər. Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Sahib çıxan isə öz tarixi keçmişini yaxşı bilir. Bu baxımdan yad qüvvələrdən qorunmaq üçün tariximizi öyrənməliyik.”

Y.Mahmudov onu da bildirib ki, bugünkü müharibədə əsas üsullardan biri də dindir: "İslam dinini aradan qaldırmaq üçün güclü qüvvələr tərəfindən düşünülmüş təxribat aparılır. İslamdakı təriqətlərin çoxu Qərbdən yaradılır. Buna əminəm və bu, qəsdən edilir. Məqsəd islamı terrorçu kimi təqdim edib, sonra da bu istiqamətdə mübarizəyə başlamaqdır. Bundan başqa, ölkə ərazisində müxtəlif dini təriqətlər yayılıb, bu, ölkə, dinimiz üçün təhlükəlidir. Buna görə də Məhəmmdə peyğəmbərin yaratdığı, maarifçi islamı yaymalıyıq. Qəbristan mollalarının yolundan ayrılmalıyıq. İslamınhəmin mollalar səviyyəsinə enməyə qoymamalıyıq, əksinə layiq olduğu səviyyəyə qaldırmalıyıq”.

Gülxar


Müəllif: