2 Sentyabr 2021 10:35
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputaı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fəzail müəllim, ölkə Prezidentinin Şuşaya növbəti səfəri mühüm tarixi, mədəni hadisələrlə yadda qaldı. Səfərin mahiyyətini necə şərh etmək olar?

- Ölkə Prezidentinin xarici və daxili siyasətinin bütün hədəfləri əvvəlcədən müəyyənləşdirilib. Həmin hədəflər bütün detalları müəyyən olunmuş zamanda çox böyük uğurla icra olunur. Bu mənada dövlət başçısının bütün fəaliyyəti dövlətimiz, xalqımız üçün önəmli olan mühüm tarixi rəqəmlər üzərində qurulub. Bu rəqəmlər üzərində qurulan və reallığı əks etdirən fəaliyyət, atılan addımlar bütün mənalarda uğura gətirib. Əminik ki, bundan sonra da bu siyasi strategiya uğur gətirəcək. Sözsüz ki, işğaldan azad olunmuş torpaqlarımızda bütün infrastrukturun yaradılmasından başlamış, hətta vurğulamaq olar ki, 2020-ci ilin 8 noyabr tarixi də təsadüf seçilməmişdi. Çünki 1992-ci ilin may ayının 8-də Şuşa erməni təcavüzkarları tərəfindən işğal olunmuşdu. Noyabrın 8-də isə Şuşa düşmən işğalından azad edildi.

- Şuşadan verilən mesajlarla düşmənə necə zərbə vuruldu?

- Hazırda dövlətimizin qarşıya qoyduğu hədəflər çox böyük uğura çatmaqdadır. Şuşanın yenidən qurulması, bu şəhərin Azərbaycanın və Türk dünyasının mədəniyyət mərkəzi kimi çiçəklənməsi, mədəniyyətimizlə bağlı yüksək səviyyəli tədbirlərin keçirilməsi olduqca önəmlidir. Xarıbülbül festivalı ilə əsası qoyulan mədəni tədbirlər bütün dünyaya səs salmağa başladı. Ermənilərə olduqca ciddi psixoloji zərbə vuruldu. Çünki bu Xarıbülbül festivalından sonra Şuşada məşhur təşkil olunan atəşfəşanlıq Azərbaycan artilleriyasının, yaylım atəşlərinin səsi qədər sarsıdıcı bir vəziyyət yaratdı. Bununla da ermənilərin düşüncələrinə böyük zərbələr vuruldu.

- Erməni vandalizminə məruz qalan ərazilərdəki mədəniyyət nümunələrinin təbliği baxımından bu səfərlərin mahiyyəti necə qiymətləndirilir?

- Ölkə başçısı azad edilən torpaqlara səfərləri zamanı erməni vandalları tərəfindən dağıdılan ərazilərə, tarixi abidələrimizə də baş çəkir. Çox hörmətli Mehriban xanım Əliyeva ilə vəziyyətlə yerindəcə tanış olur. Həmin tarixi abidələrin bərpası, erməni vəhşiliyinin nəticələrinin aradan qaldırılması, görüləcək işlərlər bağlı fikirlər sələndirilir. Sonradan bu məsələlər reallaşdıqdan cənab Prezident yenidən həmin ərazilərə, tarixi, mədəni abidələrə baş çəkir. Bu dəfə daha Azərbaycan şairi Molla Pənah Vaqifin abidəsi bərpa edildikdən sonra açılışı oldu. Burada da dövlət başçısı bir daha o rəqəmi vurğuladı ki, 1982-ci ildə atası Ulu öndər Heydər Əliyev Vaqfiin məqbərəsinin açılışını edərkən 59 yaşı vardı. Dövlət başçısı Vaqifin məqbərəsinin açılışında bildirdi ki, bərpadan sonra bu abidənin açılışını edirəm və mənim də 59 yaşım var. Beləliklə, bu rəqəmlərin gətirmiş olduğu uğurlar göz özündədir. M.P. Vaqifin büstünün yenidən bərpası, Bülbülün ev muzeyinin bərpadan sonra açılışı orada icra olunmuş abadlıq işləri, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyinin bərpası ilə bağlı atılan addımlar heç şübhəsiz mədəniyyətimizə göstərilən böyük diqqət və ehtiram idi.

- Belə tədbirlərlə eyni zamanda bəzi ölkələrə siyasi mesajlar da verilir...

- Şübhəsiz ki, mədəniyyətimizə göstərilən diqqət və qayğı həm də özlüyündə böyük siyasi məna yükü daşımış olur. Bu eyni zamanda Azərbaycanın gücünü və qüdrətinin ifadəsi hesab olunur. Vaqif poeziya günləri Azərbaycan dövlətinin gücünü, qüdrətini, dövlət başçısının iradəsi, hədəfə doğru atılmış addımların növbəti təntənəsi idi.

- Sosial şəbəkələr üzərindən ermənilər hələ də revanşist düşüncələrini davam etdirir, bu tədbirlərin əleyhinə fikirlər səsləndirməyə çalışırlar. Ermənilərin bu mənasız düşüncələri nə vaxta qədər davam edəcək?

- Əslində bu gün Ermənistanda olan revanşist qüvvələrin düşüncələri və fəaliyyətləri saxtakarlıq üzərində qurulub. Bu qruplar təbii ki, öz məkirli niyyətlərindən imtina etmirlər. Onlar bu gün də Şuşanı erməni şəhəri kimi təqdim etməyə çalışırlar. Lakin bu bədbaxt toplum tarixi faktı unudur. Şuşanın əsasını Azərbaycan, türk soylu Pənahəli xan 1852-ci ildə qoyub. Bu şəhər o dövr Qarabağ xanlığının paytaxtı olub. Qarabağa isə ermənilər 1828-ci il Türkmənçay müqaviləsindən sonra rusların yaratmış olduğu imkanlar nəticəsində kütləvi şəkildə köçürülüb. Ermənilər Qarabağa bu dövrdən sonra gəlməyə başlayıb. Amma bütün tarixi faktlar onu göstərir ki, Şuşa Azərbaycanın qədim şəhəridir. Bunların nə dəməsindən asılı olmayaraq Azərbaycan xalqı öz tarixi şəhərinə qayıdıb. Artıq Şuşanın çiçəklənmə dövrü başlayıb. Şuşa özünün yaranmasının 270 illik yubileyində dünyanın ən gözəl şəhərlərindən biri kimi bütün dünyaya nümayiş olunacaq.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər