Yerli peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar olaraq Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir
Teleqraf.сom xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay yerli vaksin haqqında danışarkən deyib.
Onun sözlərinə görə, TURKOVAC-ın bütün dünyada istifadə edilən vaksin kimi tanınması üçün lazımi addımlar atılmaqdadır.