24 Sentyabr 2021 11:06
277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, həmçinin helikopter cəlb edilməklə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də ölkənin şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Nazirliyin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.


Müəllif: Teleqraf.com