Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin Salyanda sahibkarlarla növbəti görüşü keçiriləcək.
Bu barədə Teleqraf.com-a qurumdan məlumat verilib.
Məlumata görə, görüş “Açıq mikrofon” aksiyası çərçivəsində baş tutacaq. “Azəriqaz”ın rəhbər şəxsləri Salyan şəhəri, M.Rəsulzadə və Ə.Kürçaylı küçələrinin kəsişməsində (Salyan Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” dekabrın 16-da saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.