“Media haqqında” qanun layihəsi ilə əlaqədar olaraq böyük və geniş dinləmələr keçirildi. Hesab edirəm ki, bu müsbət haldır və yeni dinləmələrdə olacaq. Əhməd müəllim və digələrindən də xahiş edirəm ki, dinləmələrdə iştirak etssinlər. Eyni zamanda hər bir təkliflə diqqətlə baxılacaq”.
Teleqraf.com xəbər verir ki, bu sözləri spiker Sahibə Qafarova deyib. Milli Məclis sədri deyib ki, qanunla əlaqədar olaraq yenidən dinləmələr təşkil ediləcək: “Bizim müvafiq vatsap qruplarımız var. Müzakirədə iştirak etmək istəyən deputatların da burada iştirakı təmin edilsin. Biz məcbur olub dinləmələrin birini video konfrans vasitəsilə keçirdik. Bu dəfə çalışacağıq ki, canlı dinləmələr təşkil olunsun”.
Daha sonra ikinci oxunuşun fəlsəfəsindən irəli gələrək “Media haqqında” qanun layihəsi fəsil-fəsil səsverməyə çıxarılaraq qəbul edilib.