Dövlət Sosial Müdafiə Fondunun gəlirləri müsbət dinamika ilə inkişaf edib.
Teleqraf.com xəbər verir ki, bunu 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, cari ilin gəlirləri 5152 milyon manat təşkil edib:
"Bu göstərici 2020-ci il ilə müqayisədə 8,5 faiz - 403 milyon manat daha çoxdur. Bu il məcburi dövlət sosial sığorta (MDSS) haqları 3,810 milyon manat təşkil edib. MDSS daxilolmalarının 2021-ci ilin proqnozuna nisbətdə artaraq 8,8 faiz təşkil edib. Cari ildə xərclər 4841 milyon manat manat olub. Bu xərclərin 4716 milyon manatı əhaliyə ödənilən vəsaitdir. Bu da 2020-ci illə müqayisədə 2,8 faiz artım deməkdir".
Himalay Məmişov qeyd edib ki, əhaliyə ödənilən ödənişlərin 4591 milyon manatı əmək pensiyaları, 125 milyon manatı MDSS üzrə müavinət, 125 milyon manatı digər xərclərdir.