1 Fevral 2022 17:32
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurma) ittiham edilərək beynəlxalq axtarışa verilən şəxs Polşa Respublikasında saxlanılıb.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ədliyyə Nazirliyi tərəfindən Polşanın səlahiyyətli qurumları ilə aparılan danışıqlar və iki ölkə arasında ekstradisiya sahəsində səmərəli əməkdaşlığın nəticəsi olaraq həmin şəxsin ekstradisiyasına razılıq verilib.

Polşaya birbaşa uçuş reysi olmadığından ekstradisiya olunan şəxsin İstanbul vasitəsilə tranzit olaraq Azərbaycana gətirilməsi barədə Türkiyə ilə razılığa gəlinib.

Nəticədə axtarışda olan şəxs nazirliyin əməkdaşları tərəfindən ölkəmizə gətirilib və istintaqa təhvil verilib.

Səmərəli əməkdaşlıq nəticəsində ötən 3 il ərzində cinayət törətməkdə təqsirli bilinən 80-dən çox axtrarışda olan şəxsin Azərbaycana ekstradisiyası təmin olunub.

Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər