4 Fevral 2022 12:19
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi eləcə də su mənbələrinə geden yolların daraldılması və bağlanması aşkar edilib. Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələr aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (FHN DYNX) əməkdaşı kapitan Nurlan Qədimov bildirib.

FHN rəsmisi qeyd edib ki, belə tədbirlər nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilir: "Bir daha sakinlərdən xahiş edirik ki, xüsusi teyinatlı texnikanın hərəkətinə maneə yaradılmasına yol verməsinlər. Buna yol verənlərlə bağlı nazirlik tərəfindən müvafiq tədbirlər nəzərdə tutulub və protokol, cərimələr təyin olunur. Burada həmçinin digər problemlərdən biri də yol kənarlarında avtomobillərin saxlanması ilə bağlıdır ki, bu da əraziyə FHN xilasediciləri gələn zaman maneələr yaradır və yanğınların qarşısını almaq çətinləşir. Bu kimi hallarla bağlı mənzil-kommunal təsərrüfat birliklərinə, müəyyən instansiyalara xəbərdarlıqlar edilir, göstərişlər verilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər