“Azərişıq” ASC NFC texnologiyasını dəstəkləyən elektrik sayğaclarını istifadəyə verməyə hazırlaşır.
Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.
Məlumata görə, bu növ sayğacların balansını mobil telefonla artırmaq mümkündür. Ödəniş etmək üçün “Azərişıq” mobil tətbiqi yüklənməli, balans artırılmalı, daha sonra mobil telefon sayğaca yaxınlaşdırılmaqla məbləğ qurğunun balansına köçürülməlidir.
Bu yenilik sayəsində abunəçi elektrik enerjisinin gündəlik sərfiyyatına da mobil telefonunda dəqiqliklə nəzarət edə biləcək.
NFC topli sayğacların digər müsbət tərəfi isə odur ki, sayğacın aylıq oxunmasına ehtiyac qalmır. Bu da abunəçi -nəzarətçi təmasını aradan qaldırır və şəffaflığı tam təmin edir.