8 Fevral 2022 12:33
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda əmək pensiyaları 3,4 faiz indeksləşdiriləcək.

Bu barədə Teleqraf.com-a Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2022-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər