Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İB ilə istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur. Bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır.
Teleqraf.com-a İB-dən bildirilib ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi Birlik tərəfindən birmənalı olaraq qorunur.
"Azəriqaz” İB-nin abonentlərin qohumluq əlaqələrini təftiş etmək kimi niyyət və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir.