14 Mart 2022 17:42
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın əməkdaşlarının ixtisar edilməsi, bir neçə institutun ləğv edilməsi təklif edilib.

Teleqraf.com xəbər verir ki, bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.

O bildirib ki, AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir.

D.Tağıyev əlavə edib ki, dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir:

"Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər