17 Mart 2022 12:49
3 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayon Məhkəməsində mətbuat üzrə məsul şəxs hakim Aygün Həsənova təyin edilib.

Bu barədə Teleqraf.com-a Xətai rayon Məhkəməsindən bildirilib.

“Mətbuat nümayəndələri və digər şəxslər Xətai rayon Məhkəməsinin fəaliyyəti, baxılan işlər barədə məlumatların əldə olunması üçün hakim Aygün Həsənovaya müraciət edə bilərlər. Hakim Aygün Həsənova 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2008-ci ildə həmin Universitetinin Beynəlxalq hüquq fakültəsini magistratura pilləsi üzrə bitirmişdir. 2009 - 2018-ci illərdə Ali Məhkəmədə məhkəmə iclasının katibi, hakimin köməkçisi vəzifələrində işləmirdir. 2018-ci ildən hal-hazıradək Xətai rayon Məhkəməsinin hakimidir” – deyə məlumatda qeyd olunub.

Yasamal rayon Məhkəməsinin yaydığı məlumata görə, məhkəmənin hakimi Orxan Məmmədli mətbuat üzrə məsul şəxs təyin edilib: “Mətbuat nümayəndələri və digər şəxslər Yasamal Rayon Məhkəməsinin fəaliyyəti, baxılan işlər barədə məlumatların əldə olunması üçün hakim Orxan Məmmədliyə müraciət edə bilərlər. Hakim Orxan Məmmədli 2007-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 2011-ci ildə həmin universitetin magistr pilləsini bitirmişdir. 2008-2018-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində məhkəmə iclas katibi, hakim köməkçisi, böyük məsləhətçi və insan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsində müdir müavini vəzifələrində işləmiş, bugünə kimi Yasamal rayon Məhkəməsində hakim vəzifəsində çalışır”.

Sumqayıt şəhər Məhkəməsinin yaydığı məlumatda qeyd olunub ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi Azər İsmayılov Kütləvi İnformasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

“Kütləvi İnformasiya vasitələrinin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin fəaliyyəti və baxılan işlər barədə məlumatların əldə olunması üçün hakim Azər İsmayılova müraciət edə bilərlər” – deyə məlumatda bildirilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər