31 Mart 2022 11:25
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.

Teleqraf.com xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Mustafa Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1971-ci ildə aspiranturanı bitirən Mustafa Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib.

1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. Mustafa Salihov kafedraya rəhbər təyin olunub.

2010-cu ildə ona Azərbaycanın Əməkdar həkimi fəxri adı verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər