25 Noyabr 2014 18:05
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Gürcüstanın diaspor məsələləri üzrə dövlət naziri Gela Dumbadze və səfir Teymuraz Şaraşenidze ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, görüşdə Azərbaycanın və Gürcüstanın təhsil, mədəniyyət, multikulturalizmin təşviqi sahəsində birgə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

K.Abdullayev Azərbaycanda dərin tarixi köklərə malik multikulturalizm və tolerantlıq mədəniyyətinin dövlət siyasətinin tərkib hissəsinə çevrilməsindən söhbət açıb. Dövlət müşaviri Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə mövcud milli, dini icmalara göstərilən bərabər münasibətdən, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi üçün atılan addımlardan, həmçinin bu sahə üzrə Dövlət Müşavirliyi Xidmətinin yaradılmasından danışıb.

Azərbaycan ilə Gürcüstanın tarixi və mədəni baxımdan bir çox məsələlərdə oxşarlığını və bu gün hər iki ölkəni birləşdirən iqtisadi əlaqələrlə yanaşı, mədəni-mənəvi əlaqələrin daha da möhkəmləndiyini vurğulayan K.Abdullayev bu əlaqələrin sarsılmaz olacağına inandığını bildirib.

Nazir Gela Dumbadze ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb, hazırda bu münasibətlərin inkişaf etdiyini söyləyib. O bildirib ki, Gürcüstan dövləti ölkənin azərbaycanlıların kompakt yaşadıqları bölgəsində təhsil ocaqlarının, dini ibadət yerlərinin tikintisinə diqqət yetirir.

Görüşdə Gürcüstanın Azərbaycandakı səfirliyinin və Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları da iştirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər