10 May 2022 13:32
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər vətəndaşlar sosial şəbəkələrdə Google xəritə üzərində avtobus marşurut xətləri nizamlayıcısının qeyd olunmaması barədə şikayətlər yazırlar. Belə ki, gediləcək ünvan göstərildiyi zaman metro xətti üzrə marşurutlar göstərilsə də avtobuslar qeyd olunmur.

Teleqraf.com mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, google xəritəyə alternativ olaraq alo141.az portalı istifadəyə verilib:

"Hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunmasında hər hansı çətinlik yoxdur. Sərnişinlər bunun üçün alo141.az saytından istifadə bilərlər. Multifunksional portala daxil olan istifadəçilərin paytaxtın nəqliyyat sistemi, o cümlədən də müntəzəm marşrut xətləri ilə bağlı məlumatları əldə etmək imkanı var.

"Necə getməli" bölməsinə daxil olmaqla səfərləri əvvəlcədən planlaşdırmaq mümkündür. Bunun üçün gediş planına uyğun olaraq, A və B nöqtələri qeyd edilir. Buna əsasən, xəritə üzərində A və B nöqtələri arasında məsafəni piyada, hansı avtobusla və ya metronun yaşıl və ya qırmızı xətti ilə gediləcəyi, dayanacaqların sayı, ictimai nəqliyyatda istifadə olunacaq zaman, eyni zamanda istifadəçinin şəxsi minik avtomobili ilə necə getməli olduğu və sərf edəcəyi vaxt göstərilir.

Avtobuslar bölməsində isə istənilən marşrutun nömrəsini seçməklə xəritədə həmin marşrut üzrə hazırda xətdə olan avtobuslar, onların getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar".

Qeyd olunub ki, sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi, eləcə də məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps"in nəqliyyat komandası ilə də danışıqlar aparılır: "Danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları Google maps üzərindən də əldə etmək mümkün olacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər