11 May 2022 13:17
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region məktəbliləri üçün internet təhlükəsizliyi mövzusunda maarifləndirici təlimlər davam edir.

Teleqraf.com xəbər verir ki, uşaqların internetdə zərərli informasiyalardan və kibertəhlükələrdən qorunması məqsədilə növbəti belə təlim Qusar şəhərindəki 4 saylı orta məktəbdə keçirilib.

5-7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən təlimdə İKT sahəsində ixtisaslaşmış və müvafiq sahədə fəaliyyət göstərən mütəxəssis Ellada Mustafayeva xüsusi təqdimatla çıxış edib. O, uşaqlara internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə qaydaları barədə ətraflı məlumat verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq baş tutan təlim məktəblilər və müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən müvafiq mövzuda hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri təqdim edilib.

Ümumilikdə 5 rayonda keçiriləcək təlimlərin may ayı ərzində İsmayıllı, Lənkəran, Astara rayonlarında da keçirilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər