İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsi imzalanıb.
Teleqraf.com-un xəbərinə görə, sənədi Azərbaycan, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərləri imzalayıblar.
İƏT Parlament Assambleyasının Üçüncü Konfransının bu gün keçirilən iclası bu bəyannamənin imzalanması ilə başa çatıb.
***
15:08
Milli Məclisdə İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Üçüncü Ümumi Konfransı keçirilir.
Teleqraf.com xəbər verir ki, konfransı Azərbaycan parlamentinin sədri Sahibə Qafarova açıb.
O, qonaqları Azərbaycanda salamlayıb. Bildirib ki, Pakistan tərəfi ötən dövr ərzində çox işlər görüb.
Məlumat üçün bildirək ki, tədbirdə İƏTPA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.