26 May 2022 11:01
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Universitetinin yeməkxanasının divarına vurulmuş elan etiraza səbəb olub. Elanda tələbələrə kənardan yemək gətirmək qadağası qoyulub, əks halda töhmət veriləcəyi qeyd edilib.

Univeritetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli Teleqraf.com-a açıqlamasında elanın yeməkxanadan götürüldüyünü bildirib.

"Özüm səhər saat 7:30-da elanı qoparıb atmışam. Qanunsuz elan idi. Yeməkxana müdiri səlahiyyət həddini aşıb. Bu məsələ ilə bağlı onu rektorluğa dəvət etdik, bu gün tədbir görüləcək. Qadın müdir haqsız bir işə əl qoyub. Tələbəyə töhmət vermək yeməkxana müdirinin səlahiyyətinə aid deyil".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər