28 Noyabr 2014 12:58
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-oktyabr aylarında 3570 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin olunub.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin şəxslərin 1810 nəfərini qadınlar təşkil edib. Əmək birjaları əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növlərdə müvəqqəti xarakterli işlərin görülməsinə dair sifarişlər qəbul edərək, natamam iş günü və ya natamam iş həftəsi üzrə işləyən, boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə qısa müddətli iş üçün müraciət edən şəxslərə təklif olunur.

Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22 932 nəfər münasib işlə təmin edilib, 1297 nəfər haqqı ödənilən ictimai işlərə, 2982 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bundan başqa, 74 215 nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər