29 May 2022 18:07
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Microsoft”un qurucusu Bill Qeyts növbəti pandemiyanın nədən yarana biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, koronavirus pandemiyası zamanı xəstəliyin nə vaxt bitəcəyinə dair açıqlamaları ilə tez-tez gündəmə gələn milyarder xəbərdarlıqlarına yenisini əlavə edib.

O, növbəti pandemiyanın artıq məlum olan virusdan qaynaqlana biləcəyini deyib: “İnsanın əlindən çıxan bioterror agenti və ya iqlim dəyişikliyi səbəbindən təbiətdən insan həyatına girə bilən bir şey pandemiyaya səbəb ola bilər. 20 ildən sonra növbəti epidemiya ehtimalı 50 faizdir. Yeni mümkün pandemiyanın qarşısını almaq üçün dövlətləri milyardlarla dollar ayırmağa və araşdırma aparmağa dəvət edirəm”.

Bill Qeyts yoluxma sayının artan meymunçiçəyi virusu ilə bağlı da fikirlərini bölüşüb: “Meymunçiçəyi virusunun bəşəriyyəti məhv etmək potensialının olmadığını və pandemiyaya çevrilmə riskinin çox az olduğunu düşünürəm.

Buna baxmayaraq bu xəstəliyin xəbərə çevrilməsindən məmnunam. Koronavirus pandemiyası olmasaydı, meymunçiçəyi virusu xəbərə çevrillməzdi. Onun xəbərlərdə olması yaxşı haldır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər