1 Dekabr 2014 11:01
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri Bakı şəhərində “Hər ay bir gün” adlı növbəti aksiyanı həyata keçiriblər.

Teleqraf.com-un məlumatına görə, birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, il boyunca “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri məmləkətimizin qəhrəman şəhid övladlarının xatirəsini əziz tutaraq, “Hər ay bir gün” adlı aksiyanı davam etdirməkdədir. Onun sözlərinə bu aksiya ayda bir dəfə keçirilməklə, millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələri, eləcə də bu lövhələrin ətrafında təmizlik işləri həyata keçirilməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə gənclərin milli qürurumuz olan qəhrəman şəhid övladlarına münasibətdə biganə olmayacaqlarına əmin olduğunu söyləyib.

S.Əzimbəyli qeyd edib ki, əsas məqsəd ölkəmizdə milli-vətənpərvərlik duyğularının gənclər arasında yüksəlişinə nail olmaq və şəhid doğmalarına cəmiyyətin biganə qalmadığını nümayiş etdirməkdir.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər