4 Avqust 2022 12:15
18 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

Teleqraf.com xəbər verir ki, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

11:42

Laçın rayonunda şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi başlayıb. Vida mərasimi şəhidimizin doğulub boya-başa çatdığı Şəmkir rayonunun Qaracəmirli kəndindəki evində keçirilir.

Teleqraf.com xəbər verir ki, şəhidimizi son mənzilə yola salmaq üçün onun yaxınları, dostları, hərbiçi yoldaşları, rayon İcra Hakimiyyətinin rəsmiləri, bir sözlə rayon ictimaəti iştirak edir. Şəhidimiz kənd qəbristanlığında torpağa torpağa tapşırılacaq. Məlumat üçün bildirək ki, Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun dünyaya gəlib. Ailədə üç övlad olan şəhidimizin bir qardaşı və bir bacısı var.Anar Kazımov bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər