15 Avqust 2022 22:26
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok"da atılan jetonlardan tutulan komissiya 50%-dir. Yəni siz bir müğənni, bloger, yaxud rəqəmsal pul yığımına 20 dollar göndərirsinizsə, 10 dolları Çin büdcəsinə gedir.

Teleqraf.com xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, "TikTok" Azərbaycan dövlətinə vergi vermir, bunu da vətəndaş edir:

"Hər axşam Azərbaycanda minlərlə dollar "TikTok" ödənişləri olur. Təəssüf ki, "TikTok" Azərbaycan üçün nə qədər qazandığını açıqlamır. İşin maraqlı tərəfi odur ki, "TikTok" Azərbaycan dövlətinə vergi də ödəmir. Vergini öz vətəndaşlarımız 18% ƏDV olmaqla ödəyir. Yəni "TikTok"da bir adama jeton göndərən istifadəçi həm 50% "TikTok"a komissiya, həm də 18% Azərbaycan dövlətinə vergi ödəyir. Bizdən fərqli olaraq, Türkiyə "TikTok"u vergiləndirməyə məcbur edib. "TikTok"un Türkiyə ofisi Türkiyə hökumətinə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə görə 92.9 milyon lirə rəqəmsal xidmət vergisi verib",- deyə Fərid Pərdəşünas qeyd edib.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər