“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvaxt tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.