Dekabrın 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İmişlidə Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.