Şimal bölgəsində yanğınlar zamanı qismən 3 evə və 2 evin çardağına ziyan dəyib.
Teleqraf.com xəbər verir ki, bunu Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yanğın zamanı insanlara dəymiş ziyan ödənəcək: "Yanğın Şabranda örüş sahəsindən başlamışdı. Küləyin təsir qüvvəsi ilə yanğının istiqamətini dəyişdi. Siyəzən, Şabran ərazisində yanğın neft quyuları istiqamətində baş vermişdi. Biz yanğının quyular istiqamətində hərəkətini dayandırdıq.
İnsanların evləri, mülkləri, fermer təsərrüfatları, biçilmiş təsərrüfatları yandı".