İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı genişləndirilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Dəyişikliklə insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısının 2.4-cü bəndinə “xarici kəşfiyyat,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi” sözləri əlavə edilib.