Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə icra hakimiyyətinin əməkdaşı olduğu bildirilən şəxsin mağazalardan birinin önündə asılmış bayrağı yerindən qopararaq kobud şəkildə atması barədə görüntülərə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, məlumatda icra hakimiyyətinin baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun dövlət bayrağına qarşı qeyri-etik hərəkətlərindən məlumatlı olduqları qeyd edilib.
"Baş vermiş hadisəyə görə təəssüf hissi keçiririk. Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib".
***
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Bərdə rayonu ərazisində şəxsin Dövlət bayrağı ilə davranışına dair videogörüntülərlə bağlı prokurorluq orqanları tərəfindən hazırda araşdırma aparılır.