10 Dekabr 2014 07:32
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-də İran İslam Respublikasının ədliyyə nazirinin müşaviri və Ədliyyə Nazirliyinin məhkəmə sistemi ilə əlaqələr idarəsinin rəhbəri Şahrux Hidayəti Azərbaycana səfər edəcək.

Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə keçiriləcək görüşlərdə Azərbaycanda və İranda cəza çəkən vətəndaşların qarşılıqlı ekstradisiyası və ədliyyə sahəsində əməkdaşlıq barəsində digər məsələlər müzakirə olunacaq.


Müəllif:

Oxşar xəbərlər