10 Noyabr 2022 13:18
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Azərbaycana yeni səfir təyin edib.

Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Anne Boillon bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.

O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.

Qeyd edək ki, A.Boillon bundan əvvəl Fransa Sidney şəhərində baş konsulu işləyib.

Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər