Parlamentin Regional məsələlər komitəsi Rusiya sülhməramlıları tərəfindən Azərbaycan toponimlərinin dəyişdirilməsi ilə bağlı adıçəkilən ölkənin parlamentinə müraciət göndərəcək.
Teleqraf.com xəbər verir ki, bunu komitənin sədri Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən müraciət Rusiya Dumasının Regional məsələlər komitəsinə göndəriləcək.
Digər komitə sədri Ziyafət Əsgərov bu ideyanı dəstəkləyib: “Rus sülhməramlıları deyirlər ki, bu adları ona görə belə adlandırırlar ki, Rusiya Müdafiə Nazirliyinin xəritəsində belədir: “Rusiya dövlət başçısı dəfələrlə bəyanat verib ki, Qarabağ Azərbaycan ərazisidir. Son müharibə zamanı da açıq elan etdi ki, müharibə Azərbaycan ərazisində gedir. O zaman niyə toponimləri Azərbaycanın adlandırdığı kimi verilməməlidirlər?".